Bakıda yük maşınının altında qalaraq ölən uşağın kimliyi məlum olub.
GUNAZ.azAPA-ya istinadən xəbər verir ki, ötən gün paytaxtın Binəqədi rayonu, "Daş bazarı" adlanan ərazidə yolu keçən 2013-cü il təvəllüdlü Pərviz Təbriz oğlu Cavadov "MAN" markalı yük maşınının altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, məlum hadisənin video görüntüləri ötən gün sosial şəbəkələrdə yayılıb.