Tovuzda ağır qəza: Yaralıların kimliyi məlum oldu - Foto
Tarix:
9-09-2017, 14:46
/ 1 743 dəfə oxundu.
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Report-un məlumatına görə, hadisə Tovuz şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Hərəkətdə olan 60-BN-016 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşaması nəticəsində 5 nəfər ağır yaralanıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Tovuzda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bunlar 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, 1981-ci ildə anadan olmuş Məsimov Bəhman Mansir oğlu, 1982-ci il təvəllüdlü Həsənli Vuqar Fərzəli oğlu, 1978-ci ildə anadan olmuş İbadov Asif Əmir oğlu və 1987-ci il təvəllüdlü Məsimov Sədi Mansır oğludur.
Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib.