SON DƏQİQƏ
» » Sabirabadda qatar avtomobili vurub, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Sabirabadda qatar avtomobili vurub, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Tarix:

5-04-2017, 06:43

/ 3 998 dəfə oxundu.
Sabirabadda qatar avtomobili vurub, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qatar "QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.
Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib.
Ölən şəxslərin kimliyi müəyyənləşdirilib - Sabirabad rayonu Qardaşkənd kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu və 1967-ci il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlu.    
Qəzanın təfərrüatları,  xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.  
 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ