SON DƏQİQƏ

Tovuzda qəza: 6 nəfər xəsarət aldı

Tarix:

19-03-2017, 10:24

/ 4 746 dəfə oxundu.
Tovuzda qəza: 6 nəfər xəsarət aldı

Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən VAZ-21011 markalı avtomobil VAZ-21011 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və 4 sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Tovuz rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Onlardan biri qadındır.
Hazırda Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır, yaralıların kimliyi və qəzanın dəqiq səbəbləri araşdırılır.
Gunaz.az
скачать dle 12.1

Şərhlər