SON DƏQİQƏ
» » Buenos-Ayresdə etiraz aksiyası, polislə qarşıdurma oldu

Buenos-Ayresdə etiraz aksiyası, polislə qarşıdurma oldu

Tarix:

2-09-2017, 08:34

/ 1 778 dəfə oxundu.
Buenos-Ayresdə etiraz aksiyası, polislə qarşıdurma oldu

Argentinanın paytaxtı Buenos-Ayresdə polislə etirazçılar arasında toqquşma baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 17 nəfər xəsarət alıb, 23  nəfər saxlanılıb.
 
İnsidentə avqustun 1-də Çubut əyalətində mapuçe hindularının keçirdiyi etiraz aksiyasından sonra Santyaqo Maldonado adlı gəncin yoxa çıxması olub. Etirazçılar hökumətdən S.Maldonadonun tapılması üçün lazımi tədbirlər görməyi tələb ediblər. Yoxa çıxan gəncin qohumları isə onun polis tərəfindən aparıldığını iddia edirlər.
 
Bundan əvvəl Argentinanın Təhlükəsizlik naziri Patrisiya Bulriç S.Maldonadonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını təkzib edib.
 
Qeyd edək ki, S.Maldonadonun yoxa çıxması ilə əlaqədar Argentinanın bir sıra əyalətlərində də etiraz aksiyaları keçirilib.

скачать dle 12.1

Şərhlər