SON DƏQİQƏ

FHN Xəzərdə 4 nəfəri xilas etdi

Tarix:

27-08-2017, 17:51

/ 1 034 dəfə oxundu.
FHN Xəzərdə 4 nəfəri xilas etdi

Bakı şəhəri, Xəzər rayonunda 4 nəfər dənizdə çimərkən batma təhlükəsi ilə üzləşib.
Bu barədə GUNAZ.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.
скачать dle 12.1

Şərhlər