SON DƏQİQƏ

Kürdə suyun səviyyəsi artdı

Tarix:

11-08-2017, 17:59

/ 2 793 dəfə oxundu.
Kürdə suyun səviyyəsi artdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Midrometeorologiya Departamentindən  verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 62 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində heç bir dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.5 m3/s olmaqla, ongünlük normanın 17 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabərdir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqələrində 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, Salyanda 3, Bankədə 22 sm artım qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 11-də 365 sm), Şirvanda 207 sm, Salyanda 126 sm (2016-cı il avqustun 11-də 150 sm), Bankədə 205 sm (2016-cı il avqustun 11-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 63 sm (2016-cı il avqustun 11-də 76 sm) təşkil edir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər