SON DƏQİQƏ
» » Kür və Arazda su azalıb - Ötən ildən 100 sm fərq

Kür və Arazda su azalıb - Ötən ildən 100 sm fərq

Tarix:

6-05-2017, 09:11

/ 6 227 dəfə oxundu.
Kür və Arazda su azalıb - Ötən ildən 100 sm fərq

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 27 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 512 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 410 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 133 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 224 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma qeydə alınıb, Şirvan, Salyan və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il mayın 05-də 438 sm), Şirvanda 215 sm, Salyanda 138 sm (2016-cı il mayın 05-də 232 sm), Bankədə 169 sm (2016-cı il mayın 05-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il mayın 05-də 158 sm) təşkil edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ