SON DƏQİQƏ

FHN beş nəfəri xilas etdi

Tarix:

1-08-2017, 20:43

/ 1 393 dəfə oxundu.
FHN beş nəfəri xilas etdi

Bu gün gündüz saatalrında Xəzərdə batan 5 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən  GUNAZ.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:20-də başa çatıb.
Bundan öncə isə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:05-də başa çatıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ