SON DƏQİQƏ
» » Həbsxanadakı oğluna narkotik gətirən ana saxlanıldı

Həbsxanadakı oğluna narkotik gətirən ana saxlanıldı

Tarix:

5-07-2017, 20:55

/ 2 791 dəfə oxundu.
Həbsxanadakı oğluna narkotik gətirən ana saxlanıldı

Penitensiar xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəbiyev Müşfiq Qahir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Mingəçevir şəhər sakini Nəbiyeva Vahilə Xəlil qızı tərəfindən gətirilmiş sovqatda olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş kağız bükülüdə 0.164 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Xətai Rayon Polis İdarəsinə göndərilib.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ