SON DƏQİQƏ
» » DİN 11-ci sinif şagirdlərinin öldüyü qəza haqda xəbər yaydı - FACİƏ

DİN 11-ci sinif şagirdlərinin öldüyü qəza haqda xəbər yaydı - FACİƏ

Tarix:

8-06-2017, 16:58

/ 3 256 dəfə oxundu.
DİN 11-ci sinif şagirdlərinin öldüyü qəza haqda xəbər yaydı - FACİƏ

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda iki məktəblinin öldüyü qəza ilə bağlı məlumat yayıb.
DİN-ə istinadən xəbər verilir ki, iyunun 7-də saat 12 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini Xalid Səfərli idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə X.Səfərli və sərnişini Qumbaşı kənd sakini Kənan Səfərli hadisdə yerində ölüblər. 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən Xalid Səfərli və Kənan Səfərli 11-ci sinif şagirdi idilər. Xalidin idarə etdiyi  "Mercedes" markalı avtomobil atasının olub.
Lənkəran rayon, Liman şəhər İ.Mahmudov adına 1 saylı orta məktəbin direktoru Əlövsət Qurbanov lent.az-a deyib ki, qəzaya düşən uşaqlar dünən ümumiyyətlə dərsdə iştirak etməyiblər:
"İkisi də 11-ci sinifdə oxuyurdu. Xalid Limanda, Kənan isə Qumbaşı kəndində yaşayır. Dünən Xalid gedib atasının maşını ilə Qumbaşıdan Kənanı götürüb. Dərs ilinin axırıdır, uşaqlar "Son zəng"ə hazırlaşır, tədris proqramı da artıq yekunlaşıb. Ona görə yəqin ki, dərsə gəlməyiblər".
Məktəb direktoru əlavə edib ki, qəzada vəfat edən Xalid Cəfərli bir neçə gün əvvəl ali məktəbə qəbul olunmaq üçün imtahan verib və 474 bal toplayıb: "İkisi də çox tərbiyəli, mədəni uşaqlar idi. Xalid ali məktəbə hazırlaşırdı, artıq qəbul olunmuş sayılırdı. Kənan da onun kimi mərifətli oğlan idi. Allahın qismətidir. Maşını idarə edərkən ehtiyatsızlıq ediblər, belə bir hadisə yaşanıb".

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ