SON DƏQİQƏ
» » DİN dəhşətli yol qəzası ilə bağlı açıqlama yaydı

DİN dəhşətli yol qəzası ilə bağlı açıqlama yaydı

Tarix:

31-03-2017, 12:13

/ 3 770 dəfə oxundu.
DİN dəhşətli yol qəzası ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
 Nazirliyin saytına istinadən verilən məlumata görə, martın 31-də saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli "Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus "Mercedes” markalı avtomobilə vurub. Nəticədə idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər