SON DƏQİQƏ
» » Avtomobil iki piyadanı vurdu: biri öldü - QƏBƏLƏDƏ

Avtomobil iki piyadanı vurdu: biri öldü - QƏBƏLƏDƏ

Tarix:

18-05-2017, 13:56

/ 2 619 dəfə oxundu.
Avtomobil iki piyadanı vurdu: biri öldü - QƏBƏLƏDƏ

Qəbələ rayonunda avtomobil iki piyadanı vurub.
DİN-ə istinadən xəbər verilir ki, hadisə mayın 17-də saat 18 radələrində rayonun Əmili kəndində qeydə alınıb.
Rayon sakini Rüstəm Məmmədov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən həmyerliləri Azər Babayevi və Zakir Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb, digər yaralının vəziyyəti orta-ağırdır.
 
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər