SON DƏQİQƏ

Güclü külək Ucarda fasadlar törədib

Tarix:

19-04-2017, 15:04

/ 1 703 dəfə oxundu.
Güclü külək Ucarda fasadlar törədib

Güclü külək Ucar rayonunda  fasadlar törədib.
 APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarından əsməyə başlayan külək bu saatlara kimi davam edir. Küləkli havaəsasən elektrik təsərrüfatına ziyan vurub. Səhər saatlarından etibarən Ucar şəhəri  də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsində enerjinin verilişində fasilələr yaranıb.  "Azərişıq” ASC-nın Ucar Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə,  enerji təminatında   yaranan fasilələr naqillərdə baş verən problemlə  əlaqədardır. Artıq problem yaranan ərazilərdə təmir işləri aparılır. Yaxın saatlarda  əhalinin  enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.  

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ