SON DƏQİQƏ
» » Tovuzda güclü külək nəticəsində bir neçə evin tavanı və hasarı uçub - FOTO

Tovuzda güclü külək nəticəsində bir neçə evin tavanı və hasarı uçub - FOTO

Tarix:

28-03-2017, 08:42

/ 4 006 dəfə oxundu.
Tovuzda güclü külək nəticəsində bir neçə evin tavanı və hasarı uçub - FOTO

Güclü külək Tovuz rayonunda fəsadlar törədib.
"Report"un Qərb bürosu xəbər verir ki, təbiət hadisəsi zamanı bir neçə evin hasarı dağılıb, dam örtüyü uçub.
Gecə saatlarında güclənən külək nəticəsində 10-a yaxın kəndin elektrik enerjisi kəsilib. Yerli sakinlərin sözlərinə görə, Yuxarı Öysüzlü kəndində qəfildən başlanan külək yaşayış evlərinin hasarını aşırıb, həmçinin rayon mərkəzində yerləşən piyada keçidinin tavanına ziyan dəyib.
Tovuz Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, elektrik enerjisinin verilişində fasilələr yaranan bir neçə kənddə problem artıq aradan qaldırılıb. Digər kəndlərdə işlər davam etdirilir.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ