SON DƏQİQƏ

Türkiyədə sel fəlakətlər törətdi

Tarix:

30-04-2026, 08:19

/ 3 544 dəfə oxundu.
Türkiyədə sel fəlakətlər törətdi

Türkiyənin cənubunda yerləşən Adana şəhərində aramsız yağan yağışlar sel fəlakətinə səbəb olub.
GunAz.az-ın "Haber Global"a istinadən məlumatına görə, sel suları səbəbindən magistralda avtomobillərin hərəkəti tamamilə dayanıb.
Bildirilib ki, selə düşərək sürüklənən avtomobillərdən birində sürücü və sərnişin çətin vəziyyətdə qalıb. Onlar maşından çıxsa da, şiddətli axıntıya qapılıblar. Sürücü xilas edilib, lakin sərnişin boğularaq ölüb.
Ərazidə təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər aparılır.
скачать dle 12.1

Şərhlər