
İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.
GunAz.az xəbər verir ki, Qızılkənd kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Məlumata görə, qadın ötən gün qohumlarıgildə keçiriləcək toy mərasimi üçün kömək edib. Daha sonra evə gəldikdən sonra, meyiti hamamda aşkar edilib. Hələlik onun ölüm səbəbi dəqiq məlum deyil. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
































