SON DƏQİQƏ
» » İstanbulda İsrail konsulluğuna silahlı hücumun TƏFƏRRÜATI AÇIQLANDI

İstanbulda İsrail konsulluğuna silahlı hücumun TƏFƏRRÜATI AÇIQLANDI

Tarix:

7-04-2026, 16:33

/ 3 325 dəfə oxundu.
İstanbulda İsrail konsulluğuna silahlı hücumun TƏFƏRRÜATI AÇIQLANDI

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda İsrailin Baş Konsulluğuna hücumun bəzi təfərrüatını açıqlayıb.
GunAz.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.Onun sözlərinə görə, silahlı insidentin iştirakçılarının şəxsiyyətləri müəyyən edilib:"Onlar İzmitdən İstanbula icarəyə götürülmüş nəqliyyat vasitəsi ilə gəliblər. Həmin şəxslərdən birinin dindən sui-istifadə edən bir terror təşkilatı ilə əlaqəsi olub. Terrorçulardan ikisi qardaşdır. İştirakçılardan birinin narkotiklə əlaqəli qeydləri var".

Xatırladaq ki, bu gün  kamuflyaj geyinmiş üç şəxs İstanbulda İsrailin baş konsulluğuna avtomatlardan atəş açıblar və  silahlı hücum nəticəsində iki polis yaralanıb.
İstanbul valisi Davut Gül bildirib ki, silahlı insidentin iştirakçılarından biri öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Vali onu da qeyd edib ki, konsulluq binasında son 2.5 ildir ki, diplomatik fəaliyyət dayandırlıb.Levent bölgəsində yerləşən İsrail Baş Konsulluğu uzun müddətdir bağlı olsa da, polis tərəfindən qorunur.
İsrail Xarici İşlər Nazirliyi bildirib ki, İstanbulda silahlı insident baş verən zaman konsulluqda heç kim olmayıb.
скачать dle 12.1

Şərhlər