SON DƏQİQƏ
» » Saatlıda yulğunları məhv edənlər axtarılır

Saatlıda yulğunları məhv edənlər axtarılır

Tarix:

2-04-2026, 15:47

/ 2 437 dəfə oxundu.
Saatlıda yulğunları məhv edənlər axtarılır

Saatlı rayonu ərazisində yulğun kollarının məhv edilməsi ilə bağlı daxil olmuş şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə araşdırılıb və fakt təsdiqini tapıb.
GunAz.az xəbər verir ki, bu barədə DETX məlumat yayıb.
Məlumatda qeyd olunur ki, araşdırma zamanı Saatlı rayonu, Qıraqlı kəndi ərazisində 58 ədəd yulğun kolunun məhv edildiyi və təbiətə 4 640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxslərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Saatlı Rayon Polis Şöbəsinə rəsmi müraciət olunub.
скачать dle 12.1

Şərhlər