SON DƏQİQƏ

İsrail Tehrana yeni zərbələr endirdi

Tarix:

31-03-2026, 18:14

/ 3 070 dəfə oxundu.
İsrail Tehrana yeni zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Tehrana daha bir hava hücumu edib.
GunAz.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
Məlumata görə, zərbələr İranın infrastruktur obyektlərinə endirilib.
İran mediası zərbələrdən sonra paytaxtda elektrik kəsintiləri barədə məlumat yayıb.
***
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Tehrandakı istehsalat sahələrinə endirilən növbəti zərbələr dalğasının başa çatdığını açıqlayıb.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.
Hücumlar nəticəsində ballistik və tank əleyhinə raketlər üçün komponentlərin istehsalına cəlb edilmiş obyektlər, o cümlədən döyüş başlıqlarının partlayıcı maddələrlə doldurulması zavodu, elmi-tədqiqat kompleksi və müasir döyüş vasitələrinin istehsalı sahələri vurulub.
Həmçinin, tank əleyhinə və zenit raketləri, eləcə də digər silahlar üçün komponentlərin istehsalı ilə məşğul olan istehsalat və təcrübi konstruktor sahələri də zərbələrə məruz qalıb.Axar.az
скачать dle 12.1

Şərhlər