SON DƏQİQƏ

Ermənistanda əsgər öldürüldü

Tarix:

27-02-2026, 08:23

/ 3 840 dəfə oxundu.
Ermənistanda əsgər öldürüldü

Dünən Ermənistan Müdafiə Nazirliyinin Geqarkunik bölgəsində yerləşən döyüş mövqelərindən birində odlu silahla qətl hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, fotojurnalist Qaqik Şamşyanın verdiyi məlumata görə, hərbi polisə bir əsgərin atəş nəticəsində öldüyü barədə əməliyyat məlumatı daxil olub.
Hadisə yerindəcə əldə edilən məlumatların etibarlı olduğu məlum olub.
Ölən şəxs Abovyan şəhər sakini, 19 yaşlı Narek Hakobyandır.
İddia edilən şübhəlinin şəxsiyyəti məlumdur və o, tapılıb.
Nazirlikdən bildirilib ki, hərbçi Narek Hamlet Hakobyanın cəsədi 26 fevralda tapılıb.
Hadisənin baş vermə səbəblərini tam aydınlaşdırmaq üçün araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər