SON DƏQİQƏ
» » Ağsuda polis əməliyyat keçirdi-NƏTİCƏ-VİDEO

Ağsuda polis əməliyyat keçirdi-NƏTİCƏ-VİDEO

Tarix:

17-02-2026, 10:37

/ 3 289 dəfə oxundu.
Ağsuda polis əməliyyat keçirdi-NƏTİCƏ-VİDEO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərlə əvvəllər məhkum olunmuş 29 yaşlı Orxan Niftullayev şübhəli şəxs qismində saxlanılıb.
Ondan 9 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini və paytaxta aparmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
скачать dle 12.1

Şərhlər