SON DƏQİQƏ

İstanbulda qar nəqliyyatı iflic etdi

Tarix:

1-01-2026, 10:52

/ 3 922 dəfə oxundu.
İstanbulda qar nəqliyyatı iflic etdi

İstanbulda meteoroloji xəbərdarlıqlardan sonra gözlənilən qar yağışı bəzi rayonlarda nəqliyyata mənfi təsir göstərib.
GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarıyer və Beykozda bəzi nəqliyyat vasitələri tıxacda qalıb.
Qar Sarıyer və Arnavutköydə yolları, evlərin damlarını və avtomobilləri ağ örtüklə örtüb.
Sarıyerdəki Büyükdere küçəsində nəqliyyat vasitələri qar səbəbindən hərəkət etməkdə çətinlik çəkib və bəzi nəqliyyat vasitələri sürüşüb.
скачать dle 12.1

Şərhlər