SON DƏQİQƏ

Yuxusuzluq faciə ilə bitdi

Tarix:

8-12-2025, 08:23

/ 3 086 dəfə oxundu.
Yuxusuzluq faciə ilə bitdi

Yevlaxda baş verən qəzada dörd nəfər xəsarət alıb.
GunAz.az-ın məlumatına görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan"Mitsubishi" markalı minik maşını idarə etmədən çıxaraq yol kənarında olan dəmirlə toqquşub.
Qəza zamanı 52 yaşlı Vüqar Şamilov, 40 yaşlı Amilə Gülmalıyeva, 72 yaşlı Firuzə Bayramova və 19 yaşlı Aytac Bayramova müxtəlif dərəcəli xəsarət alıb. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər