SON DƏQİQƏ
» » Pakistan-Əfqanıstan sərhədində terror – Üç polis həlak oldu

Pakistan-Əfqanıstan sərhədində terror – Üç polis həlak oldu

Tarix:

3-12-2025, 17:14

/ 2 913 dəfə oxundu.
Pakistan-Əfqanıstan sərhədində terror – Üç polis həlak oldu

Pakistanın şimal-qərbində Əfqanıstanla sərhədə yaxın yerləşən Dera-İsmail-Xan bölgəsində polisləri daşıyan avtomobil yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində hədəfə alınıb. Hadisə nəticəsində üç polis həlak olub.
Bakupost.az “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, təhlükəsizlik qurumları partlayışın əl istehsalı partlayıcı vasitə ilə törədildiyini bildiriblər. Ərazi mühasirəyə alınıb, cinayətkarların tapılması üçün xüsusi əməliyyat keçirilir.
Bu hücum bölgədə son üç gündə polisə qarşı həyata keçirilən sayca üçüncü silahlı-insidentdir. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, ancaq ölkənin daxili işlər naziri Möhsün Nəqəvi açıqlamasında “Təhrik-e Taliban Pakistan” qruplaşmasını günahlandırıb.
скачать dle 12.1

Şərhlər