SON DƏQİQƏ

Ermənistan Ordusunda "General ovu"

Tarix:

1-12-2025, 18:10

/ 3 394 dəfə oxundu.
Ermənistan Ordusunda "General ovu"

Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən biri, general-mayor Qriqori Xaçaturov barəsində beynəlxalq axtarış elan edilib.

Ermənistan mediasına və rəsmi mənbələrə istinadən xəbər verilir ki, İkinci Qarabağ Müharibəsi dövründə aktiv hərbi əməliyyatlarda iştirak etmiş və 3-cü Ordu Korpusunun komandiri olmuş Xaçaturov barəsində açılmış cinayət işi çərçivəsində bu qərar qəbul olunub.

İttihamlar Nədən İbarətdir?

İstintaq orqanlarının məlumatına görə, general Xaçaturov aşağıdakı maddələr üzrə ittiham olunur:

 Hərbi hissələrin idarə edilməsində və maliyyə vəsaitlərinin xərclənməsində ciddi qanun pozuntuları edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edib .

Çirkli pulların yuyulmasıda daşınmaz əmlak əməliyyatları və qeyri-qanuni gəlirlərin leqallaşdırılmasıda şübhəl biliniri.

Ermənistan Baş Prokurorluğu generalın istintaqdan yayındığını əsas gətirərək, onun barəsində həbs qətimkan tədbiri seçilməsi və beynəlxalq axtarışa verilməsi barədə məhkəməyə vəsatət təqdim edib.

Qeyd edək ki, Qriqori Xaçaturov Ermənistanda tanınmış hərbi fiqur olan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun oğludur.

Xaçaturovlar ailəsi ilə Baş nazir Nikol Paşinyanın hakimiyyəti arasında uzun müddətdir ki, soyuq müharibə davam edir. Hərbi ekspertlər hesab edirlər ki, bu həbs qərarı Ermənistan hakimiyyətinin ordu daxilindəki "köhnə qvardiya"nı təmizləmək siyasətinin bir hissəsidir. Generalın tərəfdarları isə ittihamların siyasi motivli olduğunu və onun İkinci Qarabağ Müharibəsindən sonrakı hərbi-siyasi mövqeyinə görə təqib edildiyini iddia edirlər.

Xatırladaq ki, Qriqori Xaçaturovun rəhbərlik etdiyi hərbi birləşmələr 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edib. Onun adı müharibədən sonra Ermənistan daxilindəki müxalifət hərəkatlarında da hallanıb.

Hazırda generalın hansı ölkədə gizləndiyi barədə dəqiq məlumat yoxdur.

İlhamə Abadova

скачать dle 12.1

Şərhlər