SON DƏQİQƏ
» » ANAMA əməkdaşı minaya düşdü - Ayağını kəsdilər

ANAMA əməkdaşı minaya düşdü - Ayağını kəsdilər

Tarix:

17-11-2025, 14:04

/ 2 874 dəfə oxundu.
ANAMA əməkdaşı minaya düşdü - Ayağını kəsdilər

Bu gün Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində mina hadisəsi baș verib.
GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

S.İmamverdiyev rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
скачать dle 12.1

Şərhlər