SON DƏQİQƏ
» » Əfqanıstanda güclü zəlzələ: 20 ölü, 140 yaralı

Əfqanıstanda güclü zəlzələ: 20 ölü, 140 yaralı

Tarix:

3-11-2025, 12:36

/ 3 331 dəfə oxundu.
Əfqanıstanda güclü zəlzələ: 20 ölü, 140 yaralı

Əfqanıstanın Hindukuş dağlarında 6,3 bal gücündə zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, episentr 500 mindən çox insanın yaşadığı Məzari-Şərifdən 37 kilometr şimal-qərbdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
***
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.
Bu barədə Taliban hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiq Feysbuk hesabında qeyd edib.
Məmur bildirib ki, ən böyük dağıntı və tələfat Samanqan və Bəlx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.
скачать dle 12.1

Şərhlər