SON DƏQİQƏ

Daha bir nəfər idman zalında vəfat etdi

Tarix:

30-10-2025, 08:54

/ 3 251 dəfə oxundu.
Daha bir nəfər idman zalında vəfat etdi

Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.
GunAz.az "Sumqayit24.az"a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.
Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər