SON DƏQİQƏ
» » Polisi şantaj edənlər həbs olundu - Əməliyyat

Polisi şantaj edənlər həbs olundu - Əməliyyat

Tarix:

13-03-2017, 14:42

/ 3 973 dəfə oxundu.
Polisi şantaj edənlər həbs olundu - Əməliyyat

Biləsuvarda polis əməkdaşını şantaj edənlər yaxalanıb. 
Bu barədə Daxili İşlər Nazirliyinin.mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, martın 10-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşı, polis baş serjantı Cavad Həsənov şöbə rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacaqları ilə hədələyib və ondan 3.000 manat pul tələb etdiyini bildirib. 
Əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ