“İnsanları, eləcə də onların əmlaklarını qanunazid əməllərdən qorumaq, belə əməllərin qarşısını almaq, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmaq, bu hüquqların pozulmasına yol verməmək Azərbaycan polisinin ən ümdə vəzifəsidir”
GunAz.az bildirir ki, bu fikirlər iyulun 4-də Hüquq və İnsan Haqları İnstitutunun Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Xəzər Rayon Polis İdarəsində təşkil etdiyi təlimdə səsləndirilib.
Təlim Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusunda keçirilib. Müstəntiq və təhqiqatçılar üçün nəzərdə tutulan bu təlim proqramı onların peşə hazırlığı səviyyəsinin təkmilləşdirilməsi, şəxsi inkişaf və bacarıqlarının artırılması, o cümlədən xidməti vəzifə öhdəliklərini yerinə yetirərkən insan hüquq və azadlıqlarının müdafiəsi üsullarının mənimsənilməsinə yönəlib.
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Səbuhi Qasımov iştirakçıları salamlayaraq bildirib ki, İnstitutun insan hüquqlarının müdafiəsi və qorunması istiqamətində apardığı maarifləndirmə tədbirləri polis əməkdaşları üçün daha səmərəli və faydalı olacaq. O, bu təlimlərdən əldə olunan biliklərin polis əməkdaşlarının gələcək fəaliyyətlərində peşəkar davranışlarına zəmin yaradacağını da vurğulayıb.
Təlimdə AİHK-nın 5-ci maddəsi və Azərbaycan qanunvericiliyi müqayisəli təhlil olunub, Azərbaycan Respublikasının Konstitusiyasında təhlükəsiz yaşamaq hüququ və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində azadlıq hüququnun təmin edilməsi məsələlərinə toxunulub. Eyni zamanda tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqları, şəxsi toxunulmazlıq hüququ, şərəf və ləyaqətin müdafiəsi hüququ iştirakçılara təqdim olunub. Təqdimatlar İnstitutun şöbə müdiri Vüsalə Muradxanlı və təlimçi-ekspert Hamlet Babayev tərəfindən aparılıb.
Sonra maddə üzrə kazusun həlli qrup təqdimatları ilə davam etdirilib, kazus mövzuları ətrafında maraqlı fikirlər və təkliflər irəli sürülüb. Yekunda 20 təlim iştirakçısına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2023-cü ildən bugünə kimi respublikamızın 11 rayon və şəhərində Daxili İşlər Nazirliyinin 228 polis əməkdaşı üçün AİHK-nın 5-ci maddəsi mövzusunda maarifləndirici təlimlər keçirib.

Səfurə SAF