SON DƏQİQƏ

Sevgi qoxuyur...

Tarix:

23-10-2025, 18:28

/ 3 369 dəfə oxundu.
Sevgi qoxuyur...

Sevgi şairi tək köcər dünyadan,
Ömrünü sevgisiz yaşayan qadın...
A.S.

Yol gəlir mənimlə uşaqlığımdan ...
Birlikdə dağ aşır, dərə keçirik.
Bir yuva tikirik kərpici sevgi...
Sədaqət adında könül biçirik...

Gah arxaya baxdım, gah irəliyə,
Hələ ürəyimlə nağıl yazılır...
Gördüm nağılların insafı yoxmuş,
Qırxıncı otaqda bir qız asılır...

Bəxtim div sayağı pusquda durub,
Gələnin,gedənin gözü oyulur...
Yazıq Məlikməmməd mənə catınca,
Yüz yerdə yoluna tələ qurulur...

Qırxıncı otağın qapısı bağlı,
Könlündən asıblar orda bir qızı...
Min ildi gözləri yol çəkir elə...
Min ildi üşüyür könlünün yazı.

Həyat da  nağila bənzəyir vallah,
Qarışqa dəvəyə meydan oxuyur.
Aləmin pənahı o gözəl  Allah...
Ondan nəğmələri sevgi qoxuyur...
Aləmzər Sadıqqızı 22.10.2025.
скачать dle 12.1

Şərhlər