SON DƏQİQƏ

Heç kimə ...

Tarix:

8-09-2025, 09:20

/ 3 421 dəfə oxundu.
Heç kimə ...

Xeyirli əməlim bol olmasada,
Ziyan vurmamışam hələ heç kimə,
Çalışmışam güclü olum hər zaman,
Ümüdlü olmayım nədə heç kimə.


Dilimi yormadım boş yerə heç vaxt,
Dostum dəyərlidi,qızıldan da vaxt,
Elim yoxsa əyər,neynirəm mən taxt,
Yamaq olmamışam,nədə heç kimə.

Sadə insanlarla mən tay-tuş oldum,
Dar günündə qəmli ,dayağı oldum,
Sevincli günündə sevincli oldum,
Quru vəd vermədim nədə heç kimə.


Ata-baba dərsin almışam belə,
De : babalı çağlar gələrmi ələ?
Mən aşiq olmuşam əzəldən elə,
Soyuq yanaşmadım nədə heç kimə.

Elim Qazax yurdum-yuvam bəllidi,
Türk oğluyam ,Türkün işi bəllidi,
Novruz ,xeyirxaq iş , azı , əllidi,
Dost sirin,vermədim nədə heç kimə.


Aşıq Novruz Qazaxlı .
07 09 2023
скачать dle 12.1

Şərhlər