SON DƏQİQƏ

Sözümlə yaşaram öləndən sonra...

Tarix:

28-04-2025, 10:39

/ 3 818 dəfə oxundu.
Sözümlə yaşaram öləndən sonra...

Aləmzər Sadıqqızı


Gec oldu bu dönüş, yaman gec oldu,
Adını qəlbimdən siləndən sonra...
Özümü qoymuşam  yeddi qatına,
Göylərin qədrini biləndən sonra...

Bitibdi könlümə verdiyim cəza,
Bir ömür dərd verdim bu mələk qıza,
Bu payız ömrümü çevirdim yaza,
Tale gözlərimə güləndən sonra...

Bilmədim ömrümə gəldin hayandan,
Bağladım üzünə yolu o yandan,
Cismimlə köçərsəm gözəl  dünyadan,
Sözümlə yaşaram öləndən sonra!
28.4.2025.

скачать dle 12.1

Şərhlər