SON DƏQİQƏ

Azərbaycan GƏNCLƏRİ

Tarix:

1-02-2025, 23:36

/ 3 160 dəfə oxundu.
Azərbaycan GƏNCLƏRİ

Sadıq QARAYEV
Azərbaycan gəncləri dünyanın ən ləyaqətli, rəşadətli,
Sevəndə məcnun olan,
Döyüşəndə Babək olan, Fərhad olan qaya yaran,
Qaya olan,
Kişi olan, zəifə əl qaldırmayan, düşmənin yarasını sarıyan,
Qocasına əl qaldırmayan,
Uşağının başını sığallayan,
Məğrur olan, böyük olan mübarizlərdir.
Ürəkləri bəzən daşdır, ölümə gülümsərdir gözləri, şəhidliyə aşiqdir ruhları,
Bəzən süd aşı kimi həlimdir könülləri...
Əyilib yerdən çörək götürəndir,
70 il bir bayrağı sinəsində gəzdirəndir..
Gah baxırsan yerdədir,
Öz- özündən bayraq olub səmalara yüksələndir.
Qədimdən qədimdir, müasirdən müasir,
Mələk kimi görünməz, pak , möhtəşəm bir aləmdir.
Qürurlu bir karvan gedir ulduzların arasında,
Zamanların vuruğunda,
Kainatın o baş, bu baş qapısında,
İnsanlığın Adəm qoruğunda,
Qışqırırlar, səs salırlar:
Azərbaycan!
Rəsm çəkirlər:
Azərbaycan!
Hər yana üçrəngli yazırlar:
Azərbaycan , Azərbaycan.
Alqışları, gülüşləri , sevincləri, zəfərləri
ötür əsirləri,
Bax belədir Azərbaycan gəncləri!
AZƏRBAYCAN GƏNCLƏRİ!

скачать dle 12.1

Şərhlər