
Aİ-yə üzv ölkələr Rusiya neftinin alınmasına qismən embarqo tətbiq edəcək. Rusiyanın "Sberbank"ını SWIFT beynəlxalq ödəniş sistemindən ayıracaq və daha üç dövlət yayımçısına qadağa qoya biləcək razılaşma əldə ediblər".
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter" hesabında məlumat verib.
"Bu, dərhal Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və onun hərbi maşını üçün böyük maliyyə mənbəyini azaldır. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq olunmalıdır”