SON DƏQİQƏ
» » Türkmənistan İrana təbii qaz ixracını dayandırıb

Türkmənistan İrana təbii qaz ixracını dayandırıb

Tarix:

2-01-2017, 11:08

/ 2 989 dəfə oxundu.
Türkmənistan İrana təbii qaz ixracını dayandırıb

Türkmənistan İrana təbii qaz ixracını dayandırıb.
Bu barədə İranın Dövlət Neft-Qaz Şirkəti (NIGC) məlumat yayıb.
Məlumata görə, türkmən qazının tədarükü yanvarın 1-dən dayandırılıb.
İran Türkmənistandan ildə 700 milyon kubmetr qaz alırdı ki, bu da ölkənin şimal əhalisinin tələbatını ödəyirdi.
NIGC Aşqabadın qərarının İranın şimal rayonlarında soyuq havaların düşməsi dövrünə təsadüf etdiyinə diqqət çəkib.
Tehran hazırda qaz kəsirini öz ehtiyatları hesabına doldurmaq niyyətindədir.
Türkmənistan tərəfi bu qərarını Tehranın qazın qiymət fərqini ödəmək istəməməsi ilə əsaslandırır, İran isə Aşqabada borcunun olmadığını bəyan edir.(Report)
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ