SON DƏQİQƏ
» » Avropa Birliyindən Bakı və İrəvana çağırış

Avropa Birliyindən Bakı və İrəvana çağırış

Tarix:

29-05-2021, 08:49

/ 2 178 dəfə oxundu.
Avropa Birliyindən Bakı və İrəvana çağırış

Avropa Birliyi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır və delimitasiya və demarkasiya məsələlərində yardım etməyə hazırdır.

GunAz.az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət xidmətinin məlumatında deyilir.

"Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr təhlükəlidir və narahatlıq doğurur. Dərhal deeskalasiya olmalıdır. Avropa Birliyi hər iki tərəfi hər hansı bir hərbi yerləşdirmə və hərbi addımlardan çəkinməyə çağırır”, – deyə bildirilir.

Sənəddə AB-nin sərhəd delimitasiyası və demarkasiyası məsələlərində tərəflərə kömək etməyə hazır olduğu deyilir:

"AB sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində təcrübəsini bölüşməyə və yardım göstərməyə, eləcə də Cənubi Qafqazda davamlı sülh və firavanlığa doğru irəliləmək üçün ehtiyac duyulan etimad tədbirlərini dəstəkləməyə hazırdır”.Axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ