
Almaniyanın xarici işlər naziri Hayko Maas Cənubi Afrika ölkəsi olan Namibiyada törədilən soyqırım məsələsindən danışıb.
GunAz.az xəbər verir ki, nazir Namibiyada layihələr üçün bir milyard avrodan çox maliyyə dəstəyi vəd edib.
"Almaniyanın tarixi və mənəvi məsuliyyəti üçün edilən vəhşiliklərə görə Namibiyadan və qurbanların nəsillərindən bağışlanmağı diləyirik”, - deyə Maas bildirib.
Qeyd edək ki, almanlar 1904-1908 qırğınlarında on minlərlə yerli Herero və Nama xalqını öldürüblər. Tarixçilər tərəfindən bu soyqırım 20-ci əsrin ilk soyqırımı kimi xarakterizə edilir.

























