SON DƏQİQƏ
» » Şuşada Türkiyə konsulluğunun açılması nə vəd edir? - ŞƏRH

Şuşada Türkiyə konsulluğunun açılması nə vəd edir? - ŞƏRH

Tarix:

3-05-2021, 19:54

/ 3 087 dəfə oxundu.
Şuşada Türkiyə konsulluğunun açılması nə vəd edir? - ŞƏRH

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bir neçə gün əvvəl mətbuata açıqlamasında qardaş ölkənin artıq Şuşada konsulluq açmaqla bağlı qəti qərar verdiyini vurğulayıb.

Maraqlıdır, Türkiyənin bu addımı Azərbaycana hansı siyasi dvidend qazandıracaq?

 

GünAz.az xəbər verir ki, mövzu barədə yenisabah.az-a danışan politoloq Fikrət Sadıxov belə bir qərarın iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcəyini vurğulayıb:

"Konsulluğun Şuşada açılması önəmli məsələdir. Bu, Azərbaycan-Türkiyə münasibətlərini, Türkiyənin Azərbaycanda yerini möhkəmləndirən yeni bir amildir. Düşünürəm ki, konsulluq Azərbaycan-Türkiyə əhalisinin bir-biri ilə daha sıx əlaqə saxlamasına şərait yaradacaq. Doğrudur, aramızda viza məsələsi götürülüb, lakin gediş-gəliş üçün lazım olan ümumi sənədlər var ki, onlar konsulluqda həll edilir”.

Həmsöhbətimiz hesab edir ki, bunun müqabilində biz də Türkiyənin hansısa şəhərində yeni bir konsulluq aça bilərik:

"Konsulluqlar həmişə qarşılıqlı şəkildə açılır. Düşünürəm ki, bu addım ilk olaraq iki dövlətin münasibətlərini diplomatik müstəvidə daha da möhkəmləndirməyə xidmət edir. Eyni zamanda dünya birliyinə də göndərilən bir mesajdır. Bizim qonşu ölkələr, o cümlədən Rusiya və Ermənistan başa düşür ki, bu iki dövlətin əlaqələri yeni bir səviyyəyə qalxır”.

скачать dle 12.1

Şərhlər