SON DƏQİQƏ
» » Şuşanı dağıtmaq üçün “İsgəndər” atılırsa, türk ordusu... – Təklif

Şuşanı dağıtmaq üçün “İsgəndər” atılırsa, türk ordusu... – Təklif

Tarix:

8-04-2021, 22:16

/ 1 431 dəfə oxundu.
Şuşanı dağıtmaq üçün “İsgəndər” atılırsa, türk ordusu... – Təklif

Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır.

GunAz.az xəbər verir ki, bu barədə təklifi politoloq Elxan Şahinoğlu səsləndirib.

O deyib ki, bu bir neçə səbəbdən bizim üçün vacibdir:

"Birincisi, Azərbaycan ordusu Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi "nə zamansa geri qaytarmaq” haqqında düşüncələrindən əl çəkmir. Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan Ordusuyla yanaşı Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək.

İkincisi, aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistan və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaq. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz. Şuşaya atılan "İsgəndər” raketlərindən tutmuş Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər "addımlar” görürük. Biz Rusiya hərbçilərinin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik. Ancaq ruslarla ermənilər əllərindən gələn edəcəklər ki, bu baş verməsin. Əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələnin həll yolu var: Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!”


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ