SON DƏQİQƏ

ABŞ gəmisi İran gəmilərinə ATƏŞ AÇIB

Tarix:

28-04-2021, 08:12

/ 3 466 dəfə oxundu.
ABŞ gəmisi İran gəmilərinə ATƏŞ AÇIB

Fars körfəzində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu ehtimal edilən üç gəmiyə bir neçə xəbərdarlıq atəşi açıb.

GunAz.az TASS-a istinadən xəbər verir ki, hadisə üç gəminin ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxınlaşmasından sonra baş verib.

"ABŞ ekipajları radio və səsucaldanlar vasitəsilə bir neçə dəfə xəbərdarlıq edib, amma SEPAH gəmiləri yaxın məsafədə manevrlərə davam edib. Sonra "Firebolt”un ekipajı xəbərdarlıq atəşləri açıb", - xəbərdə deyilir.

Qeyd edilir ki, bundan sonra SEPAH-ın gəmiləri ABŞ-ın gəmilərindən təhlükəsiz məsafəyə çəkilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ