SON DƏQİQƏ
» » Rusiya gəmiləri ABŞ esminetsini nəzarətə götürdü – Qara dənizdə gərginlik

Rusiya gəmiləri ABŞ esminetsini nəzarətə götürdü – Qara dənizdə gərginlik

Tarix:

16-04-2019, 09:39

/ 10 200 dəfə oxundu.
Rusiya gəmiləri ABŞ esminetsini nəzarətə götürdü – Qara dənizdə gərginlik

Amerikalı esminetsi “Vasiliy Bıkov” patrul gəmisi və “İvan Xurs” kəşfiyyat gəmisi müşahidə edir Rusiya gəmiləri Qara dəniz hövzəsinə daxil olan ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “Ross” esminetsini izləyir. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Qara dəniz hövzəsinə daxil olduqdan sonra “Ross”u donanmanın sahil radio-texniki vasitələri nəzarətə götürüb. Bundan əlavə, Amerika esminetsini “Vasiliy Bıkov” patrul gəmisi və “İvan Xurs” kəşfiyyat gəmisi müşahidə edir.
Son illər Rusiya öz sərhədləri yaxınlığında NATO-nun indiyə qədər görülməmiş aktivliyi ilə üzləşir. NATO bunu “Rusiya aqresiyasının saxlanılması” adlanır. Bu arada Kremldə vurğulanır ki, Moskva digər ölkələr üçün təhdid deyil, lakin onun maraqları üçün təhlükə olan hərəkətləri cavabsız qoymayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ