ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Boinq P-8A Poseydon” gəmisi Kerç boğazı və Krım üzərində kəşfiyyat uçuşu aparıb.
GunAz.az xəbər verir ki, bu barədə “PlaneRadar” monitorinq portalı yazıb.
ABŞ HDQ-nin 26-cı patrul eskadrilyasına daxil olan təyyarə yarımadaya 31 kilometr məsafəyə qədər yaxınlaşıb. Portalın məlumatına görə, elə həmin gün ABŞ HDQ-nə daxil olan “RQ-4A Global Hawk” strateji pilotsuz təyyarəsi Donbasdakı təmas xətti üzərində monitorinq keçirib.
Qeyd edək ki, 26 noyabrda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boinq RC-135V radioelektron kəşfiyyat təyyarəsi Bakı vaxtı ilə 09:50-də Qara dəniz akvatoriyasına daxil olmuşdu.
Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq Kerç limanına aparılıb. İnsident zamanı 6 ukraynalı hərbçi yaralanıb.
Ukrayna ölkənin xüsusən Rusiya ilə sərhəd vilayətləri və Azov-Qara dəniz akvatoriyasında bir aylıq hərbi vəziyyət elan edib.