
ABŞ silahlanmaya nəzarət də daxil olmaqla, strateji sabitlik məsələlərində Rusiya ilə açıq dialoq qurmağa çalışır.
GunAz.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.
"Vaşinqtonun fikrincə, Rusiya ilə münasibətlər problemli olsa da, ABŞ buna hazırdır. Məqsədimiz Rusiya ilə proqnozlaşdırıla bilən və sabit münasibətlər qurmaqdır”, - Prays bildirib.