SON DƏQİQƏ
» » Zelenski ermənini vətəndaşlıqdan məhrum etdi - SƏBƏB

Zelenski ermənini vətəndaşlıqdan məhrum etdi - SƏBƏB

Tarix:

15-04-2021, 10:00

/ 3 397 dəfə oxundu.
Zelenski ermənini vətəndaşlıqdan məhrum etdi - SƏBƏB

Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin ölkə vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.

GünAz.az xəbər verir ki, bu barədə RBC Ukrayna prezident aparatındakı mənbəyə istinadən məlumat yayıb.

 

Onlardan ikisi qaçaqmalçılıqda iştirak etdikləri üçün ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası (NSDC) tərəfindən cəzalandırılıb.

"Qərar verildi. Sonra sənədlər Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Xarici İşlər Nazirliyinə, Miqrasiya Xidmətinə göndərildi”, – deyə bildirilir.

Həmin şəxslərin Vadim Alperin, Arayik Amirhanyan və Aleksandr Erimiçuk olduğu qeyd edilir.

Ukrayna vətəndaşlığından məhrum edilmə bu üç şəxsin digər dövlətlərdə vətəndaşlıqlarının olması ilə əlaqədardır: Alperin – İsrail, Amirhanyan – Ermənistan, Erimiçuk – Rumıniya.

Xatırladaq ki, 2 apreldə NSDC Alperin və Erimiçuka qarşı sanksiyalar tətbiq edib. Zelenski o zaman bu şəxslərin "Ukrayna qaçaqmalçılığında ilk onluğa” daxil olduğunu vurğulayıb.

Eyni zamanda, Amirhanyan rəsmi olaraq sanksiya siyahısında olmasa da, o da qaçaqmalçılıq fəaliyyətində iştirak edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ