SON DƏQİQƏ
» » Zelenski Donbasdakı hərbçilərlə bağlı tapşırıq verdi

Zelenski Donbasdakı hərbçilərlə bağlı tapşırıq verdi

Tarix:

3-02-2021, 21:10

/ 1 431 dəfə oxundu.
Zelenski Donbasdakı hərbçilərlə bağlı tapşırıq verdi

Ukrayna Prezidenti Vladimir Zelenski prezident ofisinin, Milli Təhlükəsizlik və Müdafiə Şurası, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndələrini hərbi birləşmələrin döyüş hazırlığı vəziyyətini yoxlamaq üçün Donbasa göndərib.

GunAz.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yoxlamanın əsas məqsədi Birləşmiş Qüvvələr Əməliyyatlarına cəlb olunan qüvvə və vasitələrin hazırlıq vəziyyətini yoxlamaq, həmçinin Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini müəyyənləşdirməkdir.

Yoxlamanın nəticələri ilə bağlı prezident üçün hesabat hazırlanacaq.


скачать dle 12.1

Şərhlər