SON DƏQİQƏ
» » Hərbi Qənimətlər parkındakı raket Bakı səmasında vurulan "İsgəndər M"dir? - AÇIQLAMA

Hərbi Qənimətlər parkındakı raket Bakı səmasında vurulan "İsgəndər M"dir? - AÇIQLAMA

Tarix:

13-04-2021, 10:41

/ 3 712 dəfə oxundu.
Hərbi Qənimətlər parkındakı raket Bakı səmasında vurulan "İsgəndər M"dir? - AÇIQLAMA

"Prezident İlham Əliyevin Hərbi Qənimətlər parkında "İskəndər M” raketinin atılması və bunun Ermənistana verilməsi, eləcə də  bu barədə cavab gözlədiyimizi qeyd etməsi, təbii ki, Rusiyaya ünvanlanan  mesaj idi”.

Bu brədə GünAz.az-a açıqlamaında politoloq Məhəmməd Əsədullazadə fikir səsələndirib: "Prezident qeyd etdi ki, raketin atılması ilə bağlı hər şeyi bilirik. Moskvadan cavab verilmədiyinə görə, Rusiyanın uzun illərdi ki, haqqında mif yaratdığı və heç bir ölkəyə satmadığı "İskəndər M” ballistik raketinin qalıqları açıq şəkildə nümayiş etdirildi. Rusiya ümumiyyətlə Ermənistana "İskəndər M” ballistik raketi verməyib. Bu raketin noyabrın 9-da gecə saatlarında Bakı səmasında vurulan "İskəndər M” raketi olduğunu istisna etmirəm. Rusiya tərəfi bununla bağlı açıqlama verməyəcək. Ona görə də bu silahın vurulmuş şəkildə qalıqlarının nümayiş etdirilməsi Moskvanın Qarabağda sülhməramlı fəaliyyətində özbaşınalıqlarına cavabdır”.

 Politoloqun sözlərinə görə, Rusiya bu raketin atılması ilə bağlı cavab verəcəksə, onun sülhməramlı kimi fəaliyyəti sual altına alınacaq: "Ümumiyyətlə bu raketi Ermənistan tərəfindən atılması reallaşsaydı, prezident açıq şəkildə Yerevanı hədəfə alacaqdı. Rusiyanın Ermənistana verdiyi və ərazilərimizi işğal altında saxlamağa hədəflənmiş ağır silahları, ən nəhayət Azərbaycanı cəzalandırmaq üçün atdığı ballistik "İskəndər M” raketinin qalıqlarının nümayişi dünyaya mesajdır”.

скачать dle 12.1

Şərhlər