SON DƏQİQƏ
» » Prezident Şuşaya atılmış “İskəndər-M” raketləri barədə: “Biz rəsmi cavab istəyirik"

Prezident Şuşaya atılmış “İskəndər-M” raketləri barədə: “Biz rəsmi cavab istəyirik"

Tarix:

12-04-2021, 18:55

/ 5 214 dəfə oxundu.
Prezident Şuşaya atılmış “İskəndər-M” raketləri barədə: “Biz rəsmi cavab istəyirik"

"Şuşanı ermənilər bu "İskəndər-M” raketləri ilə atəşə tutmuşdular. Ermənistan ordusunda bu raketlər haradandır? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur”.

GünAz.az xəbər verir ki, bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib:

"Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan "İskəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətinin növbəti əyani sübutudur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ