
Erməni hərbi əsirlərin (Bakı onları terrorçu kimi tanıyır – red.) yaxınları Gümrü-İrəvan və Gümrü-Vanadzor yolunu bağlayıblar.
GunAz.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Etirazçılar Müdafiə Nazirliyinin onlarla görüşməyə qərar verməsindən sonra yolu açmağa razılaşıblar.
Qeyd edək ki, bu gün bir qrup etirazçı İrəvan-Gümrü dəmir yolunu da bağlamışdı. Yolun açılıb-açılmaması ilə bağlı məlumat verilmir.